Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Gəmi avtomatikasının idarəetmə aparatları” adlı dərslik çap olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) mətbəəsində “Gəmi avtomatikasının idarəetmə aparatları” adlı dərslik çap olunub. 

Dərsliyin müəllifləri “Gəmi elektroavtomatikası” kafedrasının dosenti, t.ü.f.d Elşən Sultanov və kafedranın baş müəllimi Aynurə Allahverdiyevadır. 

Dərslikdə gəmi avtomatikasının idarəetmə və mühafizə aparatları, gəmi avtomatikasının releləri, gəmi elektrik avadanlığında tətbiq olunan kontaktsız elektron aparatlar, elektrik dövrələrində kommutasiya zamanı yaranan qövslər, gəmi avtomatikasının giriş qurğuları haqqında ətraflı məlumat verilib.

ADDA-nın “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulan dərslikdən mühəndislər, tədqiqatçılar və mütəxəsislər də istifadə edə bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır