Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

ADDA nümayəndələri Riqa Texniki Universitetinin Dənizçilik kollecində olublar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)  Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əməkdaşları Həzi Nəbiyev və Monika Hüseynli "Erasmus+" Avropa İttifaqının təhsil, təlim, gənclər və idmana dəstək proqramı çərçivəsində Latviyanın Liyepaya şəhərində yerləşən Riqa Texniki Universitetinin Dənizçilik Kollecində olublar.

Səfər zamanı ADDA nümayəndələri ilə kollec rəhbərliyi arasında görüşlər keçirilib, dənizçilik təhsilinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 

ADDA-nın "Dəniz Naviqasiyası" kafedrasının müdiri Həzi Nəbiyev tələbələr qarşısında “Naviqasiya” fənni üzrə müxtəlif mövzularda mühazirələrlə çıxış edib. O, latviyalı gənclərə Azərbaycanın iqtisadi, mədəni, ictimai-siyasi həyatı, respublikamızın beynəlxalq mövqeyi barədə də ətraflı məlumat verib.

Görüşlərdə xalqımızın 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbənin əhəmiyyəti xüsusilə vurğulanıb.  Bu mövzuda müxtəlif videoçarxlar nümayiş etdirilib.

Səfərin sonunda ADDA nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır