Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

ADDA professorunun yeni kitabı çap olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Tətbiqi mexanika” kafedrasının professoru Yusif Həsənovun yeni kitabı işıq üzü görüb.

“Metrologiya: ölçmə nəticələrinin işlənilməsinin qeyri-müəyyənliyi və normativ təminat” adlı kitabda gəmilərdə olan ölçmə cihazlarının düzgün işləmə prinsipi haqqında məlumatlar yer alıb. Kitabda metrologiya sahəsinə aid materialların asan dərk edilməsi üçün müxtəlif növ ölçmə nəticələrinin işlənilməsinə və onların qeyri-müəyyənliklərinin qiymətləndirilməsinə aid nümunələr təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının ”Elm” nəşriyyatında çap olunan bu kitab metrologiya sahəsinin mənimsənilməsi baxımından ADDA tələbələri üçün böyük əhəmiyyətə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır