Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

ADDA əməkdaşlarının müəllifliyi ilə “Elektrik dövrələri nəzəriyyəsi” adlı dərslik işıq üzü görüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi elektroavtomatikası” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Elşən Sultanov, kafedranın baş müəllimi İlhamə Bayramova və kafedranın laboratoriya müdiri Ruslan Əlicanovun müəllifliyi ilə “Elektrik dövrələri nəzəriyyəsi” adlı kitab işıq üzü görüb.

ADDA-nın “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulan dərslikdən mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də istifadə edə bilərlər.

Dərslikdə sabit cərəyan elektrik dövrələri, elektrik dövrələrinin hesablanması üsulları, maqnit dövrələri, birfazalı dəyişən cərəyan dövrələri və üçfazalı dəyişən cərəyan dövrələri, xətti elektrik dövrələri, keçid prosesləri və elektrik süzgəcləri haqqında ətraflı məlumatlar yer alıb.

Kitabın hazırlanması zamanı Azərbaycan Texniki Universitetinin “Elektrotexnika” kafedrasının dosenti Nuqay Əliyevin eyniadlı dərsliyindən, eləcə də rus dilində nəşr olunmuş dərsliklərdən istifadə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır