Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

ASCO-da “Asbestin idarə olunması” mövzusunda təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Asbestin idarə olunması” mövzusunda təlim keçirilib.

Təlimdə “Bibiheybət” Gəmi Təmiri Zavodunun çilingər, rəngsaz, dülgər və ustaları, “İsrafil Hüseynov” borudüzən gəmisinin heyəti, struktur idarələrin KSƏTƏMM əməkdaşları olmaqla, ümumilikdə 38 nəfər iştirak edib.

Dörd gün davam edən təlimin nəzəri hissəsində iştirakçılara asbest haqqında, eləcə də onun sağlamlığa zərərləri barədə geniş məlumat verilib. Praktiki hissədə isə asbestdən qorunmaq məqsədilə xüsusi avadanlıqlar və fərdi mühafizə vasitələrindən düzgün istifadə bacarıqları öyrədilib.

Təlimin sonunda dinləyicilərə sertifikat təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır