Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

ADDA tələbələri “Təbii və texnogen hadisələrin əhali və ərazilərə təsiri və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər” mövzusunda seminarda iştirak ediblər

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbii və texnogen hadisələrin əhali və ərazilərə təsiri və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər” mövzusunda seminarda iştirak ediblər.

Seminarda təbii va texnogen mənşəli fövqəladə hadisələrin başvermə səbəbləri, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları, həmçinin qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında idarəetmənin təşkili, yeni texnologiyaların tətbiqi və digər aktual məsələlərlə bağlı çıxışlar olunub.

 Sonda iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır