zər Dəniz Neft Donanmasında obyekt mülki müdafiə məşqi keçir
Cari ilin mülki müdafiə tədbirləri planına uyğun olaraq “AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasında «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda MM qüvvələrinin komandir-rəis və şəxsi heyətinin obyekt məşqi keçirilib. Əvvəlcə obyekt Mülki Müdafiə qərargah rəisi Elvin Məlikli Mülki Müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin toplanmasına dair obyekt növbətçisinə siqnal verib. Alınmış siqnal obyekt növbətçisi tərəfindən dəqiqləşdirildikdən sonra rabitə-xəbərdarlıq sxeminə əsasən Mülki Müdafiə qüvvələrinin komandirlərinə və şəxsi heyətinə çatdırılmaqla, onların toplanması təşkil olunub. Məşq zamanı, iştirakçıların alınan siqnal üzrə nəzəri bilik və əməli hərəkətləri, o cümlədən qüvvə komandirlərinin Mülki Müdafiə qüvvələrinin idarə olunması və qarşılıqlı fəaliyyət üzrə əməli fəaliyyətləri yoxlanılıb. Keçirilmiş obyekt məşqi üzrə Mülki Müdafiə məşqinin yekunları məşqin rəhbəri tərəfindən təhlil edilib. Təhlildən sonra obyektdə xəbərdarlıq toplanışı üzrə şəxsi heyətin fəaliyyətinin qənaətbəxş olduğu bildirilib.