Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

ADDA-nın tələbələri Bakı Gəmiqayırma Zavodunda təcrübə keçirlər

2019-cu ildə “Bakı Gəmiqayırma Zavodu” MMC ilə Azərbaycan Dövlət Dəniz Akademiyası arasında imzalanmış  memoranduma əsasən ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında təhsil alan 30 tələbə bu il yay təcrübəsini keçmək üçün  “Bakı Gəmiqayırma Zavodu” MMC-yə göndərilib.

 Hal-hazırda keçirilən təcrübə zamanı tələbələr zavodun sturktur bölmələrində, sexlərində (qaynaq, elektrik, mexanik, gövdə, boru v.s.) istehsal prosesləri ilə yaxından tanış olurlar.  

 Aparıcı mütəxəssislər tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada yerinə yetirilən layihələrlə yaxından tanış edir.

 Təcrübə keçənlər gəmi gövdəsinin əsasını təşkil edən blok panellərinin hazırlanmasında istifadə olunan polad lövhələr və profillərin keçdiyi texnoloji prosses ardıcıllığını izləmək şansını əldə edirlər. 

 Tələbələrə baş və köməkçi mühərriklərin, mexaniki və elektrik avadanlığın, hazırlanmış boru xətlərinin müvafiq sahələrdən gətirilərək gəmidə quraşdırılması barədə məlumat verilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır