Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Bu gün Beynəlxalq Dənizçi Qadınlar Günüdür

18 may Beynəlxalq Dənizçi Qadınlar Günüdür.

“Seanews.az” xəbər verir ki, bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurasının 2021-ci ilin 8-12 noyabr tarixlərində təşkil olunan sessiyasında təsis edilib. 

Builki Beynəlxalq Dənizçi Qadınlar Günü "Gender bərabərliyi naminə şəbəkələrin səfərbər olunması" mövzusuna həsr olunub. 

Azərbaycanda gəmiçiliyin inkişafında zərif cinsin nümayəndələri bütün dövrlərdə böyük rol oynayıblar. Bu gün də qadınlar dənizçilik sahəsinə əhəmiyyətli töhfə verməkdə davam edirlər.

Tutduğu vəzifədən asılı olmayaraq taleyini dənizçiliklə bağlayan zərif cinsin nümayəndələrini bu gün münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Dənizçilik sektorunda çalışmış və dünyasını dəyişmiş dənizçi xanımların hər birini isə minnətdarlıqla xatırlayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır