Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Bu gün dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd edirlər

Hər il iyunun 25-i dünyada Dənizçi Günü kimi qeyd olunur.

Artıq 10 ildir ki, Azərbaycanda da dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə “Dənizçi Günü” peşə bayramı təsis olunub.

Bu gün qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

Bütün dənizçiləri peşə bayramları münasibətilə təbrik edir, şərəfli işlərində uğurlar arzulayırıq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır