Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 11 il ö

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 11 il keçir. Azərbaycanın neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Məhz ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırıb. İndiyədək “Şahdəniz” yatağından ümumilikdə 86 milyard standart kubmetrdən çox qaz əldə edilib. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur. “Şahdəniz-2” çərçivəsində isə 5 quyu artıq tamamlanıb və 9 hasilat quyusu qazılıb. “Şahdəniz” qaz-kondensat yatığının kəşfi Neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra – 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. 2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Həmin quyunun yerləşdiyi sahədə dənizin dərinliyi 100 metr, quyunun dərinliyi isə 6 min 500 metr təşkil edib. Bu hadisə Azərbaycanın neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub. “Şahdəniz-1” üzrə əməliyyatlara elə 2006-cı ildə başlanıb və yataqdan hasilat həyata keçirilib. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri – CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. 2006-cı ilin sonlarından etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olub. “Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb. Cari ilin üçüncü rübü ərzində də “Şahdəniz” yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (Botaş) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. Üç rüb ərzində yataqdan 7,4 milyard standart kubmetr qaz və 1,7 milyon ton (təqribən 14 milyon barrel) kondensat hasil edilib. Hasilata başlanandan bəri isə “Şahdəniz”dən ümumilikdə 86 milyard standart kubmetrdən çox qaz və 21 milyon tondan çox kondensat əldə edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz). Neft Fondu indiyədək “Şahdəniz”in işlənməsindən 2,5 milyard dollar qazanıb 2007-ci ildən bu il yanvarın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib. Ötən il ərzində isə Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub. Bu ilin ilk doqquz ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 368 milyon dollar əməliyyat xərcləri və təqribən 2,28 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Cari ilin yanvar-sentyabr aylarında CQBK ilə bağlı fəaliyyətlərə isə təqribən 21 milyon dollar əməliyyat və 636 milyon dollar əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz). Bəxtiyar Aslanbəyli: “Şahdəniz” Azərbaycan iqtisadiyyatının güclənməsinə və inkişafına mühüm töhfələr verib “Şahdəniz” qaz-kondensat yatağının əhəmiyyətini AZƏRTAC-a şərh edən “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Şahdəniz” dünyanın ən iri qaz yataqlarından biridir. 2006-cı ildə ilk qaz əldə ediləndən bəri yataq təhlükəsiz və etibarlı şəkildə region bazarlarını qazla təmin edir. Yatağın əməliyyatçısı kimi BP şirkəti bu layihənin çoxsaylı uğurları ilə fəxr edir. “Azəri-Çıraq-Günəşli” (AÇG) ilə yanaşı “Şahdəniz” də ölkə iqtisadiyyatının güclənməsinə və inkişafına mühüm töhfələr verib. Ən başlıcası isə Azərbaycanın digər ölkələrlə yeni ticarət əlaqələri qurmasında böyük rol oynayıb. Bundan sonra isə bu əlaqələr region səviyyəsini aşaraq Avropa ölkələrinə birbaşa çıxışı təmin edəcək. “Şahdəniz”in növbəti mərhələsinin işlənməsi dünyanın ən nəhəng layihələrindəndir. Gələn il “Şahdəniz”in yeni qurğularından ilk qaz əldə ediləcək. İnanırıq ki, bu, Azərbaycanın neft və qaz sənayesinin surətli və uğurlu inkişafına möhtəşəm bir töhfə olacaq”. Qeyd edək ki, “Şahdəniz” yatağını “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi tərəfdaşları adından BP şirkəti işlədir. “Şahdəniz” struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. “Şahdəniz-2” layihəsi çərçivəsində 5 quyu artıq tamamlanıb “Şahdəniz-2” və ya yatağın tammiqyaslı işlənməsi (YTİ) layihəsi “Şahdəniz-1” layihəsindən hasil olunan illik 9 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac var. Bundan sonra əlavə kəmər sistemləri “Cənub Qaz Dəhlizi” marşrutu üzrə 6 milyard kubmetr qazı Türkiyəyə, əlavə 10 milyard kubmetr qazı isə Avropadakı bazarlara çatdıracaq. “Şahdəniz” qazı 2 min 500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyə enərək 3 min 500 kilometr məsafə boyunca nəql ediləcək. Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Şəngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir. “Şahdəniz-2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında 4 quyu, qərb cinahında isə 1 quyu tamamlanıb və 9 hasilat quyusu qazılıb. Cari ilin üçüncü rübündə “Şahdəniz-2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlərin – mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla – ümumilikdə 98 faizdən çoxu tamamlanıb. Bu, layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir. Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları idi. “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. İndiyədək “Şahdəniz-2” üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlərin 92,3 faizi, TANAP boru kəmərinin inşası üzrə işlərin 87,4 faizi, TAP kəmərinin inşası üzrə işlərin isə 60,8 faizi icra edilib. “Cənub Qaz Dəhlizi” dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. “Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır