Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

türkün üzərində tarixi çıxış etdiyi gəmi tapı

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün İstanbulun işğal edildiyi 1918-ci il noyabrın 13-ü tarixində  göyərtəsində “gəldikləri kimi gedərlər” ifadəsini işlətdiyi  gəmi tapılıb. “Seanews.az” xəbər verir ki,  106 illik tarixə malik “Qartal” adlı gəmi təmir üçün Tuzla tərsanəsinə gətirilib. Gəmini ehtiyatda olan admiral Cem Gürdəniz aşkar edib.  O bildirib ki, “Qartal” Türkiyə tarixinin ən qiymətli gəmilərindən biridir. “Gəmi əslində 106 ildir bizimlə bərabərmiş. Amma biz bunun fərqində deyildik. “Qartal” ı qısa zamanda təmir edib, muzey kimi istismara verəcəyik. Onu İstanbulun ən gözəl yerində sərgiləməyi düşünürük”- deyə, admiral əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır