Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

2023-cü ilin 7 ayında Aktau limanı vasitəsilə 2,6 milyon tondan çox quru və maye yük aşırılıb

2023-cü ilin 7 ayı ərzində Aktau dəniz ticarət limanı vasitəsilə 2,6 milyon tondan çox quru və maye yük aşırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

"Seanews.az" xəbər verir ki, limanda 142 min ton taxıl, 114 min ton metal, 13 mindən çox konteyner işlənib.

Qazaxıstan neftinin ixracının Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan marşrutuna yönəldilməsi ilə əlaqədar neftin nəqli 2022-ci illə müqayisədə 58% artaraq 2,1 milyon tona çatıb.

Qazaxıstan Dəmir Yolları QSC-nin mətbuat xidməti xəbər verir ki, Aktau limanı vasitəsilə əlvan metalların ixracının artması hesabına metal daşınması 87% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır