Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

“Folk Maritime” istifadəyə verilib

Səudiyyə Ərəbistanında ölkəni Qırmızı dəniz bölgəsindəki digər ölkələrin limanları ilə birləşdirəcək fider və kabotaj xətti “Folk Maritime” istifadəyə verilib.

“Seanews.az” bu barədə “Splash”a istinadən xəbər verir.

Nəşr yazır: “Folk Maritime” özünü Səudiyyə Ərəbistanında Yaxın Şərq və ətraf regionda xidmətlər təklif edən ilk xüsusi fider operator kimi tanıdır.

Şirkətə 2017-ci ildə “Maersk” tərəfindən alınmış “Hamburg Süd”-ün keçmiş baş direktoru Pol Hestbek rəhbərlik edir. P. Hestbek 2023-cü ilin avqustunda “Maersk”-i tərk edib.

Hazırda “Folk Maritime” Qırmızı dənizdə iki marşrut üzrə fəaliyyət göstərir. Ciddə-Neom-Yanbu xidmətində tutumu 2,5 min TEU olan iki fider konteyner gəmisi istismar olunur. Digər 700 TEU-luq  konteyner gəmisi Sudana iki həftəlik səfərlər həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır