Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

rbaycanda azad iqtisadi zonaların yaradılması işi sürətləndir

Prezident İlham Əliyev Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaratmış, dinamik sosial-iqtisadi inkişafa təkan vermişdir. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırmışdır. Heç şübhəsiz, xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər. Məhz buna görə də “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri “azad iqtisadi zona” elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur. Sərəncama əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə on bir nəfərdən ibarət üzvü olan işçi qrup yaradılır. İşçi qrupun rəhbəri: Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini İşçi qrupun üzvləri: İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini Niyazi Səfərov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azər Cəfərov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini İlqar Rəhimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Əfqan Nağıyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Taleh Ziyadov – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru. İşçi qrupuna tapşırılır: – Azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; – Azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər versin.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır