Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

teyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində perspektivlər müzakirə ol

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Dünya Gömrük Təşkilatının (DGT) Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramının nümayəndə heyəti mayın 28-dən iyunun 1-dək Azərbaycanda səfərdə olub. Dövlət Gömrük komitəsindən  bildirilib ki, səfər çərçivəsində Dövlət Gömrük Komitəsində nümayəndə heyəti ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın Azərbaycanda müvəffəqiyyətlə həyata keçirildiyini və onun icrasının mühüm əhəmiyyət daşıdığını bildirib. Bu proqram çərçivəsində Dövlət Gömrük Komitəsinin gələcəkdə də fəal iştirakının davam etdiriləcəyi diqqətə çatdırılıb. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hüquq-mühafizə fəaliyyətinin rəhbəri Tofik Mürşüdlü Azərbaycana səfərdə məqsədin sözügedən proqram çərçivəsində işlərin daha da genişləndirilməsi üzrə müzakirələrin aparılması olduğunu söyləyib. Sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsində Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın rəhbəri Ketil Ottersen səfər çərçivəsində Astara Gömrük İdarəsinin iş fəaliyyəti ilə tanış olduqlarını, qeyd olunan proqramın 2005-ci ildən fəaliyyət göstərdiyini və regionda, xüsusən də Azərbaycanda yüksək səviyyədə həyata keçirildiyini  bildirib. Görüş zamanı Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində həyata keçirilən işlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb, fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionunu bu proqrama cəlb edərək daha genişmiqyaslı və əhatəli tədbirlərin keçirilməsi əhəmiyyətli nəticələrin əldə olunmasına şərait yaradar. Dünyada artan təhlükələrin nəzərə alınmasının zəruriliyini diqqətə çatdıran DGK sədrinin müavini Şahin Bağırov, proqram çərçivəsində işlərin genişləndirilməsi, bu proqrama cəlb edilən əməkdaşların sayının artırılması məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Gömrük Xidmətinin bu məsələdə maraqlı olduğu və proqramın imkanlarından daha geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.  Komitə sədrinin müavini proqramın həyata keçirilməsinin qaçaqmalçılıq hallarının aşkar edilməsi və gömrük işi sahəsində digər hüquqpozmalarla mübarizədə xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, “Konteyner COMM” sistemindən istifadənin daha da genişləndirilməsi, bu məqsədlə Dövlət Gömrük Komitəsi Hədəf Mərkəzinin imkanlarından istifadə olunması üçün şərait yaradılmasının, Azərbaycan Respublikasının Gürcüstan və Rusiya ilə dövlət sərhədində yerləşən gömrük-sərhəd məntəqələrində Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın imkanlarından istifadə olunmasının zəruriliyini vurğulayıb. Görüşdə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində ilkin məlumat mübadiləsinin region ölkələrinin gömrük xidmətləri arasında həyata keçirilməsi məsələsinin də aktuallığı qeyd olunub. Həmçinin DGT-nin Bakı şəhərindəki Konteyner və Karqo üzrə Təlim Mərkəzinin imkanlarından daha geniş şəkildə istifadə olunması və Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrinin yeni texniki avadanlıqlarla təchiz olunması məsələsi müzakirə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır