viya tranzit sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı
Latviyanın rabitə naziri Uldis Auqulis Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüş zamanı ölkələrimizin tranzit sahəsində əməkdaşlığının möhkəmləndirilməsi imkanlarını müzakirə edib. U.Aqulis qeyd edib ki, ölkəsi son illərdə Avrasiya dəmir yolu daşımalarının inkişafında fəal iştirak edib. Ötən il Latviyadan Çinə konteyner qatarı təşkil edilib, bu il isə Latviyadan Çinə daşımalar başlanıb. Nazir deyib: “Hesab edirəm ki, biz dəmir yolu xətlərini inkişaf etdirərək, bu konteksdə Azərbaycan ilə əməkdaşlığımızı əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik, çünki həm “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, həm də Yeni İpək Yolunun tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya dəhlizi Azərbaycandan keçir. “Şimal-Cənub” dəhlizinin inkişafı isə İran, Hindistan və Baltik ölkələri arasında dəmir yolu nəqliyyatını nəzərdə tutur”.