Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

qarıstan Azərbaycanın tranzit imkanlarından yararlana bi

İqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstan parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev dövlət başçılarının ölkələr arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Ötən il keçirilmiş Azərbaycan-Bolqarıstan biznes forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayıb.  Görüşdə həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Nazir Ş.Mustafayev Azərbaycanın əlverişli biznes və investisiya mühitini qeyd edərək, iqtisadi əlaqələrin inkişafı, xüsusilə energetika, təhsil, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir. Bolqarıstan Azərbaycanın tranzit imkanlarından yararlana bilər. Bolqarıstan parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanova Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Bolqarıstanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır