Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

zəryanı dövlətlərin liman rəhbərlərinin beştərəfli görüşü keçir

Türkmənistanın “Avaza” milli turizm zonasında  Xəzəryanı dövlətlərin liman rəhbərlərinin beştərəfli görüşü keçirilir. Görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri dəniz yüklərinin daşınması, dəniz nəqliyyatı təhlükəsizliyinin təmin edilməsi, Xəzər limanlarının potensialının yaradılması, o cümlədən istehsal infrastrukturunun modernləşdirilməsi, gəmilərin xidmətində texniki yeniləşdirmə və müasir texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycanı görüşdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorun müavini Vahid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbir oktyabrın 14-dək davam edəcək. Qeyd edək ki, Xəzəryanı ölkələrin liman rəhbərlərinin görüşü 2009-ci ildən keçirilir. Yeddinci birgə beştərəfli görüş 2015-ci ildə İranın Əmirabad limanında baş tutmuş və növbəti görüşün Türkmənistanda keçirilməsi qərara alınmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır