Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Freight business journal” onlayn jurnalı Bakı-Tbilisi-Qars dəmir yolu haqqında ya

“Freight business journal” onlayn jurnalı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu haqqında məqalə dərc edib. Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi olaraq oktyabrın 30-da açılacağı və Çin ilə Avropa arasında yeni bir marşrut olacağı bildirilir. Qeyd edilib ki, Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakı şəhəri ilə Türkiyənin şərqində yerləşən Qars vilayəti arasında dəmir yolu xəttinin açılması Çin və Qərbi Avropanın birbaşa əlaqəsinin bir hissəsini təşkil edə bilər. Bu dəmir yolu xətti ilə ilk olaraq yüklərin, daha sonra isə sərnişinlərin daşınması həyata keçiriləcək. Məqalədə yük qatarlarının İstanbulun 25 kilometr şimalında boğazın üzərində yerləşən Yavuz Sultan Səlim körpüsündən Qərbi Avropaya gedə biləcəyi, bu körpü və BTQ dəmir yolu xətti vasitəsilə Çindən Avropaya malların maneəsiz daşınmasının mümkün olacağı da vurğulanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır