Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

an “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivinə nikbin ba

“İran Fars körfəzi ilə Şimali Avropanı birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınacaq yüklərin də həcmini artırmaq niyyətindədir.” Bu sözləri İranın investisiya proqramlarına həsr olunan konfransda Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Məhəmmədzadə  bəyan edib. O, İranın bu dəhlizlə daşınacaq yüklərin həcmini artırmaq niyyətində olduğunu bəyan edərkən yalnız İranın Avropaya və əks istiqamətə həyata keçiriləcək ixrac-idxal əməliyyatlarını nəzərdə tutmur. Eyni zamanda, Cənub-Şərqi Asiya ölkələrinin İran üzərindən ixrac etdiyi mallar da məhz “Şimal-Cənub” dəhlizi ilə daşınacaq. Bu dəhlizin əsasını Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti təşkil edir. Deməli, İran həm öz yüklərini, həm də Fars körfəzindən istifadə edərək Avropaya yük göndərən Asiya ölkələrinin yüklərini məhz Azərbaycan üzərindən Rusiyaya və Avropaya yola salmaq istəyir. Ötən həftə Moskvada təhsil alan iranlı tələbələrlə görüşən İranın Rusiyadakı səfiri Mehdi Sənayi isə bildirib ki, noyabrın 1-də Vladimir Putin ilə Həsən Ruhani arasında Tehranda keçirilən danışıqlarda iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq qərara alınıb. Səfir tələbələrə bu barədə məlumat verərkən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətindən danışıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına ayırdığı diqqət ölkəmizin iqtisadi maraqlarını əks etdirən düşünülmüş siyasi addımdır. Göstərilən rəqəmlərin böyüklüyü isə Azərbaycanın tranzit gəlirlərinin də çox olacağından xəbər verir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan və Azərbaycandan keçməklə İran ilə Rusiyanın dəmir yollarını birləşdirəcək Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunu inşasına 500 milyon dollar kredit ayrılıb. İran bu kreditdən faydalanaraq gələn il yolun çəkilişinə başlayacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır