Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanı

Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq. Qeyd edək ki, marşrutun ümumi uzunluğu 4186 kilometrdir. Çindən Avropaya yüklərin 8 günə çatdırılması nəzərdə tutulub. Bu il Urumçidən Avropaya 1400 yük konteynerinin yola salınması planlaşdırılır. “Şərq-Qərb” nəqliyyat dəhlizi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır