Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

an Azərbaycanla Xəzər dənizi limanlarında əməkdaşlığı gücləndirmək ist

“İran Azərbaycanla Xəzər dənizi limanlarında əməkdaşlığı gücləndirmək istəyir”.  Bunu İran parlamentinin dənizçilik, limanlar və dəniz sənayesinin inkişafı fraksiyasının sədri Qasim Əhmədi Laşəki deyib. O bildirib ki, Azərbaycan və İran arasında siyasi, iqtisadi və ticarət əlaqələri inkişaf etdirilsə də, münasibətlərin daha da inkişafı üçün hələ də geniş potensial mövcuddur.   Q. Əhmədi Laşəki İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəni yaxından tanıdığını söyləyib: “Cənab Cahangirzadə parlamentdə bizim yaxın dostlarımızdan idi və onun Bakıda səfir kimi fəaliyyət göstərməsi iki ölkə əlaqələrinin inkişafına daha çox təkan verəcək”.   Deputat Azərbaycan və İranın Xəzər dənizindəki limanlarının iki ölkənin əlaqələrinin inkişafındakı rolundan danışıb. O qeyd edib ki, hazırda Xəzər dənizindəki limanlar İranın cənub limanlarının onda biri qədər fəaliyyət göstərir, Azərbaycan və İran əlaqələri artırmaqla limanların fəaliyyəti də aktivləşdirilə bilər.  Q. Əhmədi Laşəki Azərbaycan və İran arasında kənd təsərrüfatı  və turizm sahəsində də geniş potensiala malik olduğunu vurğulayıb. Apa


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır