Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Alternativ yanacaq gəmisi layihəsinin hazırlanmasında altı şirkət iştirak edib

Ammonyakla işləyəcək 3500 TEU-luq konteyner gəmisinin layihəsi prinsipcə təsnifat cəmiyyəti “Lloyd's Register” (“LR”) tərəfindən bəyənilib.

“Seanews.az” xəbər verir ki, gəmi konsepsiyasının hazırlanmasında “A.P. Moller-Maersk”, “MAN Energy Solutions”, “Deltamarin”, “Eltronic FuelTech”-in daxil olduğu sənayelərarası qrup və “LR” və “ABS” təsnifat cəmiyyətləri iştirak edib.  

Layihəyə “Maersk Mc-Kinney Moller”-in “Sıfır tullantılı Gəmiçilik Mərkəzi” rəhbərlik edib.

Təsnifat cəmiyyətinin mühəndisləri gəminin konstruksiyasının bütün əsas elementlərini və mövcud qaydalara ümumi uyğunluğunu yoxlamaq üçün yeni texnologiyanı qiymətləndiriblər. Bundan sonra layihə ilə bağlı verilən şərhlərə baxılacaq və” Maersk Mc-Kinney Moller” mərkəzi gəmi sahibi və kirayə verən də daxil olmaqla tərəfdaşlarla layihənin ikinci mərhələyə qədər uzadılmasının mümkünlüyü barədə qərar verəcək.

Qeyd edək ki, “Lloyd's Register” böyük təsnifat cəmiyyəti və dəniz mühəndisliyi xidmətləri şirkətidir. “LR” müxtəlif elmi, texnoloji tədqiqat və təhsil layihələrini dəstəkləyən “Lloyd's Register Foundation”-a daxildir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır