Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Oktyabrda Lonq-Biç limanı konteynerlərin aşırılmasında rekord nəticəyə nail olub

2024-cü ilin yanvar-oktyabr aylarında ABŞ-ın Lonq-Biç limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% artaraq 7,9 milyon TEU-ya çatıb.

“Seanews.az” xəbər verir ki, liman administrasiyasının hesabatında belə deyilir.

Təkcə oktyabr ayında konteyner terminallarında demək olar ki, 987,2 min TEU işlənib ki, bu da bir il əvvəlkindən 30,7% çoxdur. Bu göstərici limanın 2024-cü ilin avqustunda müəyyən edilmiş əvvəlki tarixi aylıq rekordunu (+8%) üstələyib.

Oktyabrda liman 487,6 min TEU idxal konteyneri (+34,2%) və 112,8 min TEU ixrac konteyneri (+25,3%) aşırıb. Boş konteynerlərin aşırılması 28,1% artaraq 386,8 min TEU-ya çatıb.

1911-ci ildə tikilmiş Lonq-Biç limanı dünyanın aparıcı dəniz limanlarından biridir, trans-Sakit okean xidmətləri üzrə yük daşımaları üçün mərkəzdir. Yüklər Lonq-Biç limanına dünyanın 217 limanından 175 gəmi xətti ilə çatdırılır. Burada ildə 180 milyard dollardan çox beynəlxalq yüklər aşırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır