Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş CO2 daşıyacaq ilk kommersiya gəmisi inşa olunub

Tamamilə dövlət gəmiqayırma şirkəti tərəfindən layihələndirilmiş və inşa edilmiş dünyanın ilk kommersiya mayeləşdirilmiş CO2 tankeri Çinin Liaonin əyalətinin Dalian şəhərində sifarişçiyə təhvil verilib.

“Seanews.az”  xəbər verir ki, “Northern Pioneer” adlı gəmi Çin Dövlət Gəmiqayırma Korporasiyasına daxil olan “Dalian Shipbuilding Industry Co., Ltd.” tərəfindən inşa edilib.

Gəminin uzunluğu 130 metr, eni 21,2 metr, tutumu 7500 m3 mayeləşdirilmiş CO2-dir. LNG daxil olmaqla iki yanacaqlı mühərriklə işləyəcək tankerin tikintisi zamanı dayanıqlı materiallardan istifadə edilib.

“MarineInsight”-in məlumatına görə, sifarişçiyə təhvil verildikdən sonra gəmi mayeləşdirilmiş CO2-nin dəniz dibində saxlanması üzrə genişmiqyaslı Norveç layihəsinə xidmət göstərəcək. “Northern Pioneer” gəmisi Avropadakı sənaye müəssisələrindən karbon qazı emissiyalarını Norveçin qərb sahilindəki qəbul məntəqəsinə daşıyacaq, burada karbon qazı emal olunacaq və daimi saxlama üçün 2600 metr dərinliyə vurulacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır