Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Belarus gübrəsinin böyük hissəsi Baltik dənizinin limanlarında aşırılıb

2024-cü ildə Belarus Rusiya ərazisindən gübrə tranzitini 2023-cü illə müqayisədə 15% artırıb.

Bu barədə “Seanews.az”  “Belarus News” portalına  istinadən xəbər verir. 

Ümumi gübrə həcmi təxminən 9 milyon ton təşkil edib. Yüklərin böyük hissəsi Baltik dənizinin limanlarında aşırılıb. Bu yolla yük əsasən Braziliyaya yola salınıb. Çinə 3,5 milyon tona yaxın gübrə göndərilib.

Əvvəllər Belarus kalium xloridini Litvanın Klaypeda limanı vasitəsilə ixrac edirdi. Lakin Avropa Birliyinin sanksiyaları səbəbindən tədarük zəncirləri yenidən qurulmalı oldu. Nəticədə indi bütün həcm Rusiya ərazisindən keçir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır