Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Per Österberq: “EcoPilot” ASCO-nun sıfır emissiya hədəfinə töhfəsidir

Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaq məqsədilə ASCO yeni bir layihəni həyata keçirməyə başlayıb. “EcoPilot” adlanan bu dekarbonizasiya texnologiyası gəmilərin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdıraraq yanacaq sərfiyyatını azaldır və karbon emissiyalarını minimuma endirir.

QTAGG-ın Baş kommersiya direktoru Per Österberq bildirib ki, “EcoPilot” texnologiyası ətraf mühitə təsirləri minimuma endirəcək. O, əlavə edib ki, bu texnologiyanın tətbiqi ASCO-nun sıfır emissiya hədəfinə töhfəsidir.
ASCO bu sistemi artıq gəmilərində quraşdırmağa başlayıb. Bu addım, şirkətin davamlı inkişaf və ekoloji təmiz dəniz nəqliyyatı sahəsində atdığı mühüm təşəbbüslərdən biridir.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır