Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

#QürurlaXatırlayırıq: Gəmi kapitanı Əbdülmanaf Ələkbərov 

Əbdülmanaf Ələkbərov 15 yanvar 1872-ci ildə Bakıda – İçərişəhərdə doğulub.

Atası Məşədi Məmməd Bağır tacir olub. O, özünəməxsus yelkənli gəmilərlə Xəzəryanı ölkələrə ticarət malları daşıyıb.

Əbdülmanaf Ələkbərov 1888-ci ildə Bakı Xalq Turgenev Məktəbini bitirib. Uşaqlıqdan dənizçiliyə olan həvəsi onu Bakı Dənizçilik Məktəbinə gətirib. 1893-cü ildə “Gəmi sürücülüyü” ixtisası üzrə buradakı təhsilini başa vurduqdan sonra şturman kimi əmək fəaliyyətinə başlayıb. Şkiper və 1-ci dərəcəli kapitan rütbəsinə qədər yüksəlib.

O, Xəzər və Baltik dənizlərində müxtəlif gəmilərdə üzüb. 1899-cu ildə Xəzərdə batmış “Aleksandr” yelkənli gəmisinin heyətini xilas etdiyinə görə Rus İmperatorunun Fəxri Fərmanı ilə təltif edilib.

1912-ci ildə Sankt-Peterburq Dənizçilik Məktəbinin məzunu olub.

Əbdülmanaf Ələkbərov Çar Rusiyasının dəniz donanmasında xidmət etmiş ilk azərbaycanlı gəmi kapitanlarından biridir.

O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ticarət donanması ilə bağlı məsələlər üzrə məsləhətçi vəzifəsində çalışıb.

Əbdülmanaf Məşədi Məmməd Bağır oğlu Ələkbərov 11 avqust 1932-ci ildə vəfat edib.

Musa Əliyev - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır