Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

....heyət halına yandısa, kapitan, kapitandır

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Dəniz naviqasiyası” ixtisasının 3-cü kurs tələbəsi Taleh Məmmədov sevib-seçdiyi “kapitan” peşəsinə qəzəl həsr edib.

İstedadlı tələbəmizə uğurlar arzulayırıq!

 

KAPİTANDIR

 

Ən son gəmini tərk edən insan kapitandır.

Ən doğma yeri oldusa ümman kapitandır.

 

Kapitan keçirir ömrünü hər yaşda cavantək,

Nə olsun ki, olubdur yaşı doxsan, kapitandır.

 

Hər anı romandır, onun hər anı əsərdir,

Hər kim edib ömrünü dastan kapitandır.

 

Sevməz eqoist kəsləri şıltaq, dəli dərya,

Heyət halına yandısa, kapitan, kapitandır.

 

Düşmüş çoxu ümmanlara, aşkar edə dürrü,

Bilmir ki, dənizlərdəki pünhan, kapitandır.

 

Həm fəhlədir, həm diplomat, həm də müəllim,

Aşpaz, həm hakim, həm loğman kapitandır.

 

Əsgər ki, düşünmür general olmağı boş ver,

Matros gələrək rütbəyə qalxan kapitandır.

 

Taleh, gələr, əlbət, elə dövran sənin üçün,

Hər yerdə deyərlər, bu qəzəlxan, kapitandır.

 

Taleh Məmmədov

ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının III kurs tələbəsi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır