Dənizçilərin II spartakiadası təşkil olunacaq
25 iyun Dənizçi Günü münasibəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçilərinin II spartakiadası təşkil olunacaq.
ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsindən bildirilib ki, dənizçilərin I spartakiadasının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar hazırlıq tədbirlərinə başlanılıb. Yarışların 19-20-21 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.
Yarışlar futbol, şahmat, dama, nərd, stolüstü tennis, üzgüçülük, kəndir dartma olmaqla idmanın 7 növü üzrə keçiriləcək.
Spartakiadanın təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır