Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-11,
Seanews
Heyder Eliyev

Avtomobili daşıyan gəmidə “B100” bioyanacağı sınaqdan keçirilib

“Kawasaki Kisen Kaisha” (“K” Line) xətti gəmiçilik şirkəti “B100” bioyanacaq qarışığını özünün ixtisaslaşdırılmış “Apollon Highway”  dəniz avtomobil daşıyıcısında sınaqdan keçirib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. 

Bunker yanacağı ilə gəmini “World Fuel Services” enerji şirkəti təmin edib. “B100” qatqısız - 100% biodizel yanacağıdır.

2024-cü il martın 31-də Belçikanın Zeebrugge limanında “B100” bioyanacağı qəbul edən gəmi Avropa Emissiyaya Nəzarət Zonasını tərk etdikdən sonra yüz faiz biodizeldən istifadə etməyə başlayıb.

Hesabatda qeyd edilir ki, bu cür alternativ yanacaqlardan istifadə etmək,havaya buraxılan karbon qazınınümumi miqdarınıtəxminən 80-90% azaldır.

Qeyd edək ki, “Kawasaki Kisen Kaisha” Yaponiyanın ən böyük və ən qocaman şirkətlərindən biridir. 1919-cu ilin aprelində yaradılan şirkət dəniz və intermodal daşımalar üzrə ixtisaslaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır