Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Avropa Birliyi ölkələrinə konteynerlərin tranzitində 3,4 dəfə artım qeydə alınıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılması məqsədilə Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau və Kurık dəniz limanları vasitəsilə yükdaşımaların artırılması istiqamətində işləri davam etdirir.

Bu barədə “Seanews.az” ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, cari ilin 4 ayının yekunlarına əsasən, bu marşrut üzrə yükdaşımaların həcminin artımı 15% təşkil edib. Kurık limanında aşırılan yüklərin həcmi 34%, Aktau limanında konteynerlərin işlənməsi  27% artıb.

Çindən Avropa Birliyi ölkələrinə konteynerlərin tranzitində isə daha çox - 3,4 dəfə artım qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır