Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Mühərriki metanolla işləyən gəmilərə üstünlük verilir

Hazırda inşa edilən balkerlər və konteyner gəmiləri seqmentində metanolla işləyən mühərriklərə daha çox üstünlük verilir.

“Seanews.az” xəbər verir ki, bu qənaətə “ClassNK” təsnifat cəmiyyəti tikilməkdə olan gəmilərin təhlili əsasında gəlib.

“ClassNK”-ə görə, (2023-cü ilin sonuna olan vəziyyətə görə) yükgötürmə qabiliyyəti 5 min tondan çox olan gəmilər arasında mühərrikləri mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək 40 balker, metanolla işləyəcək  21 və ammonyakla işləyəcək 2 gəmi tikilir. 

İnşa edilən konteyner gəmilərindən 212-si LNG, 126-sı metanol və 2-si hidrogenlə işləyəcək.

Xam neft tankeri seqmentində metanolla işləmək üçün cəmi 4 gəmi, LNG ilə işləmək üçün isə 38 gəmi seçilib.

LPG daşıyan tankerlər arasında alternativ dəniz yanacağı kimi bu qazın özü ən populyardır: 84 gəmi LPG, 5 gəmi LNG ilə və 2 gəmi ammonyakla işləyəcək.

Kimyəvi tankerlər metanol üçün daha açıqdır - 16 belə gəmi bu yanacaq növü ilə, 31-i isə LNG ilə işləmək üçün tikilir.

Ro-Ro seqmentində LNG ilə işləyəcək 147, metanolla işləyəcək 10 gəmi tikilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır