İlin əvvəlindən Sinqapur boğazında 45 pirat hücumu qeydə alınıb
2022-ci ilin yanvar ayından indiyədək Sinqapur boğazında dəniz quldurlarının gəmilərə hücumu ilə bağlı 45 hadisə qeydə alınıb.
“Seanews.az”ın məlumatına görə, ən son hadisələrdən biri Sinqapur boğazında gəminin silahlı qarət edilməsidir. Pulau İyu Kesildən (İndoneziya) şərqdə təchizat gəmisi tərəfindən yedəyə alınan barja hücum edilib. Cinayətkar kiçik qayıqdan barja minərək yanalma kəndirlərini oğurlayıb. Gəminin heyət üzvlərindən heç kəs xəsarət almayıb.
Asiyada Gəmilərin Piratçılığı və Silahlı Soyğunçuluğu ilə Mübarizə üzrə Regional Təlimatlarda kapitanlara və heyətlərə ayıq-sayıq olmaları və müvafiq qabaqlayıcı tədbirlər görməklə yanaşı, bütün dəniz quldurluğu və silahlı soyğunçuluq hadisələri barədə ən yaxın sahilyanı və bayraq dövlətinə məlumat vermələri məsləhət görülür.