Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Korpus Kristi limanı 16,4 metrədək dərinləşdirəcək

2022-ci ildə ABŞ-ın Korpus Kristi limanının yük dövriyyəsi 12% artaraq 187,9 milyon ton təşkil edib.

“Seanews.az”-ın məlumatına görə, bu, 2021-ci illə müqayisədə emal olunmuş neft məhsullarının 21%, neftin ötürülməsinin isə 15% artması ilə əlaqədardır.

2022-ci ildə ixrac edilən neftin aşırılması sutkada orta hesabla 2 milyon barel təşkil edib ki, bu da 2021-ci ildəki gündəlik 1,76 milyon bareldən çoxdur. Liman vasitəsilə neft məhsullarının ixracı illik müqayisədə 23% artaraq 3 milyon tona çatıb.

İxrac edilən LNG aşırılmaları 2020-ci ildən bəri iki dəfə, 2022-ci ilə nisbətən isə 3,5% artıb.

Korpus Kristi limanı ABŞ-da neftin ixrac olunduğu aparıcı liman və bütün ölkənin əsas iqtisadi lokomotividir. Liman həm də ümumi tonaj və gəlirə görə ABŞ-ın ən böyük limanıdır. Meksika körfəzinin qərbindəki limanda təxminən 57,9 km uzunluğunda bir yanaşma kanalı var. Dərinləşdirmə işlərindən sonra dərinlik 16,4 metrə çatdırılacaq. Korpus Kristi beynəlxalq və daxili yük axınları üçün əsas qapıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır