Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“CAPE KORTIA” konteyner gəmisində yanğın olub

Panama kanalı ilə hərəkət edərkən “CAPE KORTIA” konteyner gəmisində yanğın olub.

Bu barədə Panama kanalı administrasiyasının portalı məlumat yayıb.

Hadisə gəmi Sakit okeandan PSA limanına gedəndə qeydə alınıb.

Yanğının maşın şöbəsində baş verdiyi müəyyən edilib.

Konteyner gəmisi liman donanması tərəfindən yedəyə alınana qədər “CAPE KORTIA”  bir müddət kanalın Sakit okean girişinə doğru yolda qalıb.

ACP hesabatında qeyd edildiyi kimi, insident Panama kanalında gəmilərin hərəkətində ləngimələrə səbəb olmayıb. Yanğının mənbəyi lokallaşdırılıb. Yanğın zamanı tələfat barədə məlumat yoxdur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır