Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

2023-cü ilin birinci rübündə yükdaşımaya tələb azalmaqda davam edib

Nəqliyyat və logistika şirkəti “CMA CGM Group”-un 2023-cü ilin birinci rübündə gəliri əsasən gəmiçilik bölməsi hesabına 12,7 milyard dollar təşkil edib.

“Seanews.az”-ın məlumatına görə, yanvar-mart aylarında xalis mənfəət 2,0 milyard dollar, EBITDA 3,4 milyard dollar (-61,3%) olub.

Bazarda keçən ilin dördüncü rübündəki tendensiyalar cari ilin əvvəlində də  müşahidə edilib. Yükdaşımaya tələb azalmaqda davam edib.

Dəniz yükdaşımaları seqmentində konsolidasiya edilmiş gəlir 8,9 milyard dollar (-40,3%) təşkil edib. EBITDA 3,0 milyard dollar təşkil edir ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 64,3% azdır. TEU üzrə orta gəlir 1766 dollar (-37%) olub.

Hesabat dövründə ümumilikdə 5,0 milyon TEU (+5,3%) daşınıb.

Logistika seqmentində isə ilin birinci rübündə gəlir 3,9 milyard dollar təşkil edib. Digər fəaliyyətlərdən (terminal əməliyyatları, hava nəqliyyatı, media və s.) gəlirlər 5,3% artaraq 405 milyon dollara çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır