Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Kris” tropik fırtınası Kanada sahillərinə yaxınla

ABŞ-ın Şimali Karolina ştatından təxminən 245 kilometr aralıda formalaşan “Kris” tropik fırtınası iyulun 12-si Kanada sahillərinə çata bilər. Bu barədə Kanadanın Milli Meteorologiya Bürosunda bildiriblər.  Büronun məlumatında deyilir: “Bu gün ABŞ-ın Şimali Karolina ştatı sahillərində “Kris” tropik fırtınası formalaşıb. İyulun 10-u axşam və ya iyulun 11-i səhər fırtına qasırğa gücü toplaya bilər və iyulun 12-si Kanadanın Yeni Şotlandiya əyaləti sahillərinə çata bilər”. ABŞ-ın qasırğaların müşahidəsi üzrə milli mərkəzin məlumatına görə, hazırda fırtınanın mərkəzində küləyin sürəti saniyədə 18 metr təşkil edir və o demək olar ki, hərəkətsizdir. Lakin ABŞ meteoroloqlarının proqnozlarına əsasən, fırtına güclənəcək və ölkənin Atlantik sahili boyunca şimal-şərq istiqamətində hərəkət edəcək.  Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır