Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Nigeriyada sərnişin qayığı batıb

Nigeriyanın Adamava vilayətinin Qurin kəndində sərnişin qayığının göldə batması nəticəsində 11 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş katibi Məhəmməd Əmin Süleyman bildirib ki, sərnişinləri daşıyan qayıq pis hava şəraiti səbəbindən batıb.

Hadisə bölgəsində xilasetmə işlərinin davam etdiyini bildirən Süleyman yağışlı mövsümdə daha diqqətli olmağa çağırıb.

Qeyd edək ki, sentyabrın 9-da ölkədə sərnişin daşıyan qayıqların batması nəticəsində azı 40 nəfər həyatını itirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır