Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Niderland Süveyş kanalında "yaşıl" hidrogen istehsalına investisiya qoymaq istəyir

Süveyş Kanalı Xüsusi İqtisadi Bölgəsi İdarəsi Niderland konsorsiumu və Rotterdam Bələdiyyəsi ilə əməkdaşlıq protokolu imzalayıb.

“Seanews.az” xəbər verir ki, sənəd müxtəlif nəqliyyat növlərinin istifadə edəcəyi “yaşıl” hidrogen istehsalı üçün müəssisə və obyektlərin yaradılmasına investisiyaların cəlb edilməsinə yönəlib.

Təmiz yanacağın Avropa bazarlarına xüsusi boru kəmərləri vasitəsilə nəqli və ixracı ilə yanaşı, layihə Misirin karbon emissiyalarını azaltmaq və yaşıl yanacaq sektorunu inkişaf etdirmək planlarına uyğundur. Müqaviləyə əsasən, Niderland hökuməti bu layihələrdə tədqiqatlara texniki dəstək verəcək.

Müqavilənin imzalanması Niderland Krallığının Misirdəki səfirliyinin rəsmiləri, Rotterdam nümayəndələrindən və Misir - Niderland Biznes İnkişafı Şirkətinin rəhbərlik etdiyi enerji istehsalı və yaşıl hidrogen sahəsində konsorsiumun menecerlərindən ibarət Niderland nümayəndə heyətinin səfərinin nəticəsidir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır