Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Güclü külək səbəbindən Qara dənizdə bir gəmi ilə əlaqə kəsilib, daha bir gəmi ikiyə bölünüb

Güclü külək səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən “Kafkametler” adlı gəmi ilə əlaqə kəsilib.

"Seanews.az" xəbər verir ki, göyərtəsində 12 nəfərlik heyətlə Rusiyadan İzmirin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək, yenidən hərəkətə keçən gəmi ilə limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.

Hazırda gəminin axtarışları davam edir.

Panama bayrağı altında üzən və Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi isə fırtına səbəbindən iki hissəyə bölünüb. Gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub. Gəmi heyəti təxliyə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır