Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Avstraliya İkinci dünya müharibəsindən bəri ən böyük donanma quracaq

Avstraliya Asiya – Sakit okean regionunda silahlanma yarışının sürətlənməsi fonunda iri hərbi gəmilərdən ibarət donanmasını ikiqat artırmaq və müdafiə xərclərini əlavə 7 milyard ABŞ dolları artırmaq üçün onillik planını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə AFP yazıb.

Plana əsasən, Avstraliyanın 26 böyük suüstü döyüş gəmisindən ibarət donanması olacaq. İndi onların sayı cəmi 11-dir.

“Bu, İkinci dünya müharibəsinin bitməsindən bəri sahib olacağımız ən böyük donanmadır”, – ölkənin müdafiə naziri Riçard Marles deyib.

Avstraliya altı “Hunter” sinfinə aid freqat, 11 ümumi təyinatlı freqat və ekipaj tələb olunmayan altı ən müasir suüstü döyüş gəmisi qayıracaq.

Donanmanın ən azı bir hissəsi düşmən ərazisinin dərinliklərindəki hədəflərə uzunmənzilli zərbələr endirməyə qadir olan “Tomahawk” raketləri ilə silahlanacaq.

Agentlik qeyd edib ki, Kanberranın bu bəyanatı Çin və Rusiya militarizasiyası, habelə ABŞ-nin başçılıq etdiyi müttəfiqlər və getdikcə hərbiləşən avtoritar hökumətlər arasında artan qarşıdurma fonunda verilib.

Plan Avstraliyanın müdafiə xərclərini ümumi daxili məhsulun 2,4 faizinə çatdıraraq NATO müttəfiqlərinin müəyyənləşdirdiyi iki faizlik göstəricidən çox olmasını nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır