Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

Dənizçilərin Qırmızı dənizdə işləməkdən imtina etmək hüququ var

Beynəlxalq Danışıqlar Forumu (IBF) sazişinin əhatə etdiyi dənizçilərin Qırmızı dənizin cənubu və Ədən körfəzi ilə üzməkdən imtina etmək hüququ var.

“Seanews.az” xəbər verir ki, bu barədə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) rəhbəri Stiven Kotton bildirib.

Qırmızı dəniz bölgəsində gəmiçilik üçün təhlükəni nəzərə alaraq, Hərbi Əməliyyatlar Əleyhinə Komitə (WOAC) Ədən körfəzini daxil etməklə yüksək riskli ərazini genişləndirib.

“IBF çərçivəsində biz bu bölgənin müharibə zonasına bərabər olması barədə razılığa gəldik. Ona görə, dənizçilərin artıq bu zonadan uzaq durmaq hüququ var”, - deyə S. Kotton bildirib.

IBF sazişi dünya üzrə 10 min gəmidə işləyən 250 min dənizçini əhatə edir. Sənəd ITF və işəgötürənləri təmsil edən Birgə Danışıqlar Qrupu tərəfindən razılaşdırılıb.

S. Kottonun sözlərinə görə, Qırmızı dənizdəki vəziyyət dənizçilərin böyük narahatlığına səbəb olub. "Onlar öz hüquqlarını bilmək istəyirdilər. Gəmini tərk etmək istəyənlərin buna haqları varmı? Cavab - bəli! Ancaq eyni zamanda, bu qərar diqqətli planlaşdırma tələb edir. Məsələn, Ədən körfəzi və Qırmızı dənizdən əvvəlki son giriş limanı minlərlə mil uzaqlıqda yerləşən Sinqapur ola bilər”.

IBF müqaviləsinə əsasən, dənizçilərin üzməkdən imtina etmək və iki aylıq əsas əmək haqqı məbləğində kompensasiya almaq hüququ var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır