Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Avropa Komissiyası “CMA CGM S.A.”-nın “Bollore Logistics SE” şirkətini almasına etiraz etməyib

Avropa Komissiyası “CMA CGM S.A.”-nin “Bollore Logistics SE” şirkətini almasına etiraz etməyib.  

“Seanews.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat xidməti məlumat yayıb.

Antiinhisar orqanları tərəfindən əməliyyatın nəzərdən keçirilməsi Martinik, Qvadelupa və Fransız Qvianasında ekspeditor xidmətlərinin göstərilməsində rəqabətin zəifləməsi ehtimalını aradan qaldırmaq üçün lazım idi. Bazarın inhisarlaşdırılması imkanları ilə bağlı sualları aradan qaldırmaq üçün sövdələşmə tərəflərindən “Bollore Logistics”-in bu ərazilərdəki bütün fəaliyyətini və bu fəaliyyətlərlə bağlı Fransadakı bir neçə aktivini satmaq istənilib. Hesabatda qeyd olunur ki, bu antiinhisar tədbirlərin tam şəkildə həyata keçirilməsi ilə nəqliyyat və logistika bazarında rəqabət üstünlükləri ilə bağlı bütün narahatlıqlar aradan qaldırılacaq və əməliyyatın təsdiqinə heç bir maneə olmayacaq.

Rudolf Saadenin rəhbərlik etdiyi “CMA CGM Group” dünyanın üçüncü ən böyük konteyner daşıyıcısıdır. O, 500-dən çox gəmidən ibarət donanmanı idarə edir. Qrupun gəmiləri 200 okean xətti üzrə dünyanın 420-dən çox limanına səfər edir.

“Bollore Logistics” “Bollore” qrupuna daxil olan “Bollore Transport & Logistics”-in bölməsidir. Bütün dünyada nəqliyyat, ekspeditorluq və logistika xidmətləri göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır