Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Hindistanın Sahil Mühafizəsi 27 nəfərin olduğu Banqladeşin balıqçı gəmisini xilas edib

Hindistan Sahil Mühafizəsi idarəetmə mexanizmi sıradan çıxan Banqladeşin balıqçı gəmisini xilas edib.

“Seanews.az” xəbər verir ki, bu barədə Hindistan hökümətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 27 heyət üzvü olan gəmi banqladeşli həmkarlarına təhvil verilib.

Məlumatda deyilir ki, aprelin 4-də Hindistan Sahil Mühafizəsinə məxsus “Amogh” gəmisi iki ölkə arasında dəniz sərhədi zonasında patrul xidməti həyata keçirərkən Hindistan sularında Banqladeş balıqçı gəmisi “Sagar II”ni görüb. Gəmiyə hərbi dənizçilərdən ibarət komanda göndərilib. Məlum olub ki, gəminin sükan mexanizmi xarab olub və iki gündür sürüklənən gəminin heyəti çarəsiz vəziyyətdədir.

Hindistan Sahil Mühafizəsinin texniki qrupu problemi düzəltməyə çalışsa da, balıqçı gəmisinin sükanının dənizdə təmir oluna bilməyəcək dərəcədə ciddi zədələndiyini müəyyən edib. Xəbərdə qeyd edildiyi kimi, Hindistan tərəfi Banqladeş Sahil Mühafizəsi ilə əlaqə yaradaraq hadisə barədə məlumat verib. Bir neçə saatdan sonra yedəyə alınaraq dəniz sərhədinə aparılan balıqçı gəmisi Banqladeş patrul gəmisinə təhvil verilib.

"Bu əməliyyat Hindistan Sahil Mühafizəsinin dənizdə qiymətli insan həyatını qorumaq öhdəliyinə sadiqliyini göstərir", - Hindistan hökumətinin bəyanatında deyilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır