Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub
Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yerli polisdən agentliyə məlumat verilib ki, ölkə polisinin məlumatına görə, hadisə mayın 18-də gecə yarısına az qalmış baş verib.
Kiçik gəzinti gəmisinin italyan turistləri daşıdığı güman edilir.
Polisin məlumatına görə, qayığın göyərtəsində səkkiz nəfər olub, onların arasında uşaq olmayıb. Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır