Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Keniya LPG istehsalı üçün üzən terminal almağı planlaşdırır

Keniya üzən mayeləşdirilmiş neft qazı terminalı almaq üçün “Saudi Aramco” ilə danışıqlar aparır.

Bu barədə “Seanews.az”  “Bloomberg”-ə istinadən xəbər verir.

“Kenya Pipeline”-nin baş direktoru Co Sanq deyib ki, Mombasa limanı yaxınlığında yerləşəcək gəmi 30 min ton mayeləşdirilmiş neft qazı istehsal edə biləcək.

Keniyada LPG istehsalı zavodunun tikintisinə başlanacağı üçün bu obyekt ölkədə bu yanacaq növünün təşviqinə töhfə verəcək.

Yeni müəssisənin tikintisi ilə bağlı tender yaxın iki ay ərzində elan olunacaq. Razılaşmanın bir hissəsi olaraq Keniya, həmçinin mayeləşdirilmiş neft qazı zavodunu liman terminalına birləşdirəcək dörd kilometrlik boru kəməri inşa edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır