Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Qazaxıstan dəniz infrastrukturunun inkişafına dair kompleks plan qəbul edib

Qazaxıstanda 2024-2028-ci illər üçün dəniz infrastrukturunun inkişafına dair kompleks plan təsdiq edilib. 

“Seanews.az” xəbər verir ki, plan Aktau və Kurık limanlarının bazası əsasında böyük dəniz nəqliyyatı və logistika klasterinin yaradılmasını nəzərdə tutur.

2028-ci ilə qədər limanın ötürücülük qabiliyyəti 50%, konteyner tutumu isə 3 dəfə artacaq.

Bu il Kurık limanının sularının dərinləşdirilməsi və Aktau limanında konteyner qovşağının tikintisi üzrə işlərə başlanılacaq. Layihələrin əsas hissəsi özəl investisiyalar hesabına həyata keçiriləcək. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində planlaşdırılan investisiyalar da daxildir.

Aktau və Kurık terminallarının inkişafına ümumilikdə təxminən 618 milyon dollar investisiya qoyulacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır