Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“HD KSOE” Filippin gəmiqayırma zavodunda istehsal sahəsini icarəyə götürüb

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) holdinqi dəniz külək turbinlərinin dayaqlarının istehsalını genişləndirmək üçün Filippinin “Subic” gəmiqayırma zavodunda istehsal sahəsini avadanlıqla birlikdə icarəyə götürüb.

“Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Korea JoongAng Daily” qəzeti yazır.

“HD KSOE” Filippindəki istehsal müəssisələrini platforma dayaqları və gəmi gövdəsi hissələrinin istehsalı mərkəzinə çevirmək, həmçinin gəmilərə texniki xidmət və əsaslı təmir xidmətləri göstərmək niyyətindədir. Xidmətlər Filippin hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Şirkət Filippinin “Subic” tərsanəsinin hazırkı sahibi olan Amerikanın “Cerberus Capital Management” investisiya qrupu ilə obyekti birgə idarə etməyi planlaşdırır. Bu barədə “HD KSOE”-nin baş direktoru Kim Son Cun və “Cerberus Group”-un idarəedici direktoru Aleksandr Benard arasında Filippin Respublikasının Prezidenti Ferdinand Markos ilə görüşdə bildirilib.

“Subic” gəmiqayırma zavodu Filippinin paytaxt Manilanın 110 km şimal-qərbində yerləşir. 2006-cı ildə “Hanjin Heavy Industries” (əvvəllər “HJ Shipbuilding & Construction”) tərəfindən yeni gəmilərin inşası üçün yaradılsa da, dünyada gəmiqayırma biznesində vəziyyətin pisləşməsi ilə əlaqədar 2019-cu ildə fəaliyyəti dayandırılıb. Müəssisənin sahəsindən Filippin Hərbi Dəniz Qüvvələri üçün baza kimi istifadə olunur. 2022-ci ildən etibarən “HD Heavy Industries” (“HD KSOE” holdinqinə daxildir) gəmiqayırma zavodunda gəmi təmiri işləri görür və texniki xidmət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır